XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 17:05

Səudiyyə Ərəbistanı 11 sentyabr olayları ilə bağlı bütün iddialarıngötürülməsini tələb edir

Səudiyyə Ərəbistanı 2001-ci ilin 11 sentyabr terror hücumlarının planlaşdırılmasında krallığın əlinin olduğu iddia edilən 25 ərizənin geri götürülməsi ilə bağlı Manhattan Federal Məhkəməsinə müraciət edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tələblərin olduğu sənədlər Manhattan Federal Məhkəməsinə bazar ertəsi gəlib. Səudiyyə Ərəbistanı iddiaçıların krallıq və ya onunla bağlı olan xeyriyyə təşkilatlarının hücumla əlaqəsi olduğuna dair sübutlar təqdim etmədiyini bildirir.

Bundan əlavə, Səudiyyə Ərəbistanı suveren immunitet təmin edilməsini tələb edib, həmçinin 2016-cı ilin sentyabr ayında qəbul edilmiş 11 sentyabr terror hücumlarının qurbanlarının varislərinə Səudiyyə Ərəbistanını məhkəməyə vermək imkanı yaradan terror sponsorlarının ədalətli məhkəmə təqibi haqqında qanunun ABŞ Konstitusiyasına zidd olduğunu vurğulayıb.