XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2017 - 17:36

Tillersonla Lavrov görüşəcək –Filippində

ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla avqustun 5-6-da Filippinin Manila şəhərində görüşəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Bu istirahət günlərində mən xarici işlər naziri Lavrovla Manilada görüşəcəyəm. Biz bunu onunla razılaşdırmışıq. Biz növbəti addımlarımızı peşəkarcasına müzakirə etdik. Yox, hərbi ritorika yox idi. Fikrimcə, biz nazir Lavrovla rolumuzu anlayırıq. Biz üzərimizə düşən vəzifəni də başa düşürük”, – Reks Tillerson vurğulayıb.

Məlumata görə, ABŞ-ın dövlət katibi ASEAN-ın Manilada keçiriləcək regional forumunda iştirak edəcək. Görüşün həmin tədbir çərçivəsində gerçəkləşəcəyi gözlənilir.