XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 18:32

İngiltərə Mərkəzi Bankının əməkdaşları tətil elan ediblər –Maaşların artırılması tələb olunur

İngiltərə Mərkəzi Bankının (BoE) əməkdaşları bank rəhbərliyi ilə maaşların artırılmasına dair danışıqların nəticəsiz qalmasından sonra bu gündən etibarən üç günlük tətilə başlayıblar.

 İngiltərənin həmkarlar ittifaqı "Unite"dən verilən açıqlamada qeyd edilir ki,  BoE işçilərinə təklif edilən 1 faiz səviyyəsində maaş artımı illik inflyasiya nisbətindən aşağıdır. Bu səbəbdən 2 avqustdan etibarən üç günlük tətilə getmək qərarı verilib.  Açıqlamada bankın işçilərinə həmkarlar ittifaqının razılığını almadan təklif etdiyi maaş artımının "gülünc" olduğu bildirilib. 
Aralarında təhlükəsizlik, təmizlik və  resepşın xidmətlərini görən işçilərin də olduğu bir qrup günortan saatlarında bankın yerləşdiyi Londonun maliyyə mərkəzi "The City of London"da toplaşaraq bankın pul siyasətinə etiraz ediblər. 
BoE-dən məsələ ilə bağlı verilən açıqlamada isə bankın xidmətlərinin mənfi təsir görməməsi üçün lazımi tədbirlərin görüldüyü,  həmkarlar ittifaqları ilə məsələyə dair danışıqların davam etdirilməsi üçün hazır olduqları qeyd edilib.

İngiltərədə keçən ay illik inflyasiya 2,6 faiz səviyyəsində olmuşdu. (Marja)