XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 18:54

Saakaşvili artıq Gürcüstanaekstradisiya edilə bilər

Ukraynanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Tbilisi M.Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etsə də, bu müraciət qəbul edilməyib. Lakin iyulun 26-da keçmiş qubernator Ukrayna vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib.