Financial Times (FT) qəzeti Çin hökumətinin may ayından bu yana xaricdə təhsil alan uyğur türklərinə bildiriş göndərərək ölkəyə geri çağırdığını bildirib.
Lent.az-ın məlumatına görə, bu barədə bbc xəbər yayıb. Məsələ ilə bağlı qəzetə məlumat verən fəallar və tələbələrin sözlərinə görə, bildirişlər əsasən göndərilən şəxsin ailə üzvləri nəzarətə alındıqdan sonra ünvana çatdırılıb.
Bildirişi alıb geri qayıdan bəzi tələbələrin ölkəyə daxil olan kimi həbs olunduqları ifadə edilib.Qəzetin məlumatına görə, Çin hökuməti uyğur türklərinin təhsil almaq üçün getdikləri başqa ölkələrdə radikallaşmalarından narahatdır. Xəbərdə Çin hökumətinin xüsusulə, Türkiyə və Misir kimi müsəlman ölkələrdə təhsil alan uyğur türklərinə bildiriş göndərdiyi vurğulanıb.