Hondurasda milli komandanın futbolçusunu güllələyiblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Arnold Peraltanın doğulduğu şəhərdə baş verib. 26 yaşlı futbolçunun çoxsaylı güllə yarası almış cəsədini ticarət mərkəzinin avtoparkında tapıblar.
Polisdən bildiriblər ki, hadisə zamanı futbolçu aqressiya nümayiş etdirməyib və silahlı hücuma səbəb olacaq hərəkətə yol verməyib. Bu da qətlin əvvəlcədən planlaşdırıldığını göstərir.
Cinayətkar dərhal hadisə yerindən qaçıb. Polis onun axtarışlarını davam etdirir.