XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 22:00

Trampdan Maduroya sərt tələb:"Siyasi məhbusları dərhal və şərtsiz burax!"

ABŞ prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduronun müxalifətə qarşı hərəkətlərini pisləyib və müxalifət liderləri Leopoldo Lopes və Antonio Ledesmanın azadlığa buraxılmasını tələb edib.  

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
 
“ABŞ Maduro diktaturasının addımlarını pisləyir. Cənab Lopes və cənab Ledesma rejimin qanunsuz saxladığı siyasi məhbuslardır. ABŞ hesab edir ki, siyasi müxalifətə qarşı çıxacağını bəyan etmiş Maduro bütün saxlanılanların sağlamlığı və təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıyır. Biz təkrar olaraq bütün siyasi məhbusların dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edirik”, – deyə Trampın bəyanatında bildirilir/APA.