XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 07:18

Baş nazir ömürlük cəza tələb edir

Avstraliya baş naziri Malkolm Ternbull bu ölkənin həbsxanalarında saxlanılan terrorçuların ömürlük həbsə məhkum edilməsini istəyir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir yerli qanunvericiliyə bununla bağlı dəyişiklik edilməsini təklif edib.

Avstraliya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin sədri Den Tien isə bildirib ki, əlaqədar qurumlara terrora görə həbs olunan şəxslərin cəzasını qeyri-müəyyən vaxta qədər uzatmaq səlahiyyəti verilməlidir. 

ölüm hökmünün 30 il əvvəl ləğv edildiyi Avstraliyada indi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir.