XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 05:09

Xamneyi: “İslam ölkələri ABŞ və Qərbdən heç bir kömək ummamalıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində ölkəni ali dini lideri Ayətullal Əli Xamneyi ilə görüşdə maraqlı açıqlamalar səslənib.
“İrna” xəbər agentliyi bildirib ki, İranın ali dini lideri Xamneyi Ərdoğanla görüşü zamanı islam aləmindəki ölkələrin hər birinin gücünün, əslində islam ümmətinin gücü olduğunu dilə gətirib: “İranın başlıca siyasəti islam ölkələrinin bir-birini gücləndirməsi və zəiflətməkdən çəkinməsidir. Bunun üçün də ölkələrimiz arasındakı əlaqələri gücləndirməyə çalışmalıyıq”.
Bundan başqa İranın ali dini lideri ABŞ və Qərb ölkələrinin onlar üçün heç vaxt tərəfdaş olmayacağını da vurğulayıb: “Bizim həmişə üstündə dayandığımız məsələ budur ki, İslam ölkələri ABŞ-dan və Qərbdən heç bir kömək ummamalıdır. çünki bu gün biz, Qərbin bölgədə apardığı siyasətin nəticəsinin islamın və regionun zərərinə olduğunu açıq-aşkar görürük”.