XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 14:51

İran XİN başçısının müavini Türkiyəyə səfər edib –Səbəb

Iran-Turkiye.jpg

İran xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Türkiyəyə səfər edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, onun Türkiyədə uyğun məmurlarla Suriya və bölgədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Avqustun 2-də Hüseyn Cabir Ənsari Moskvada səfərdə olub. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iranlı həmkarı Heseyn Cabir Ənsari və İraq XİN başçısının müavini Nizar Xerallı ilə üçtərəfli görüş keçirib. Tərəflər Suriyadakı böhranla bağlı mütəxəssis səviyyəsində vəziyyəti müzakirə ediblər. Hüseyn Cabir Ənsari Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominlə də görüşüb.

Qeyd edək ki, avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanunu imzalayıb.