İranın Atom Enerjisi üzrə Təşkilatının başçısı Əli Əkbər Salehi onunla ABŞ Energetika naziri Enest Moniz arasında aparılan gizli danışıqların mövcudluğunu təsdiqləyib.
Avropa.info xəbər verir ki, İran və ABŞ arasında danışıqlar bu ilin noyabrında baş tutub.
“Bəli, bu həqiqətdir. Omanda biz birgə fəaliyyət planının gerçəkləşdirilməsi üzrə maneələrin aradan qaldırılmasını müzakirə etmişik”, – Salehi belə deyib.
Bununla yanaşı, Salehi İranın nüvə xammalını Qazaxıstana verməsi ilə bağlı “The Wall Street Journal” qəzetinin iddiasını şərh etməkdən imtina edib. Onun sözlərinə görə, İran “bir sıra” ölkələrlə danışıqlar aparır.
Qeyd edək ki, “The Wall Street Journal” qəzeti sanksiyaların götürülməsi üçün ABŞ-ın İran nüvə yanacağını Qazaxıstana göndərməsi ilə bağlı iddia çap etmişdi.