XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 22:58

Alman nazirin Türkiyə ilə bağlı məktubu üzə çıxdı:"Rəsmi Ankara daha aqressiv siyasət yürüdür"

Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Avropa Birliyinin (AB) ali rütbəli şəxslərinə Türkiyə ilə bağlı yazdığı məktub ortaya çıxıb.

Axar.az “Döç Velle"yə istinadən xəbər verir ki, nazirin 24 iyulda yazdığı məktubda rəsmi Ankaraya qarşı daha sərt tədbirlərin görülməsi xahiş edilir.

“Şpigel”in məlumatında isə sözügedən müraciətdə Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin Avropa dəyərləri ilə təzad təşkil etdiyi deyilir:

“Münasibətlərin normallaşması üçün göstərilən səylərə baxmayaraq, rəsmi Ankara daha da aqressiv xarici siyasət yürütməyə başlayır. Türkiyə üçün ayrılan maliyyə yardımları azaldılmalı və bu yardım ölkədə fəaliyyət göstərən QHT-lərə, dövlətə bağlı olmayan ictimai-siyasi təşkilatlara yönəldilməlidir”.