XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 10:12

Toyota və Mazda şirkətlərikapitallarını birləşdirir

Yaponiyanın tanınmış avtomobil istehsalçısı Toyota və Mazda şirkətləri bəyan edib ki, əsasən elektromobil və avtonom idarə sistemli avtomobillərin istehsalını birgə həyata keçirmək məqsədilə kapitallarını birləşdirir.

Əldə edilən razılaşmaya görə, Toyota şirkəti Mazda şirkətinin 5 faizlik payını 450 milyon dollara alır. Mazda isə Toyota şirkətinin 0,25 faizlik payına sahib olacaq. Hər iki şirkət artıq 2015-ci ildən ətraf mühit üzrə texnologiyalar da daxil olmaqla geniş sferada əməkdaşlığa nail olmaq barədə razılıq əldə edib.

Avtomobil qazlarına qarşı tələblərin artdığı bir vaxtda istər Avropa, istər Amerika, istərsə də Çində elektromobillərə tələbatın artacağı güman edilir.

Bu şirkətlərdən heç biri elektromobil istehsalı ilə məşğul olmayıb. Onlar artmaqda olan beynəlxalq rəqabətin qarşısında dayana bilmək məqsədilə kapitallarının birləşdirilməsi barədə razılığa gəliblər(azərtac).