Böyük Britaniyada yeni avtomobillərin satışlarında ciddi azalma müşahidə olunur. Ötən ilin iyul ayı ilə müqayisədə avtomobil satışları bu il 9,3 faiz aşağı düşüb.
Motor İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin məlumatına görə, satışlardakı azalma “Brexit” ilə əlaqədardır. Belə ki, “Brexit”dən sonra Britaniya bazarının aqibətinin bəlli olmaması avtomobil ticarətinə də mənfi təsir göstərir.
Cəmiyyətin baş icraçı direktoru Mayk Haves qeyd edib ki, Britaniya hökuməti “Brexit” ilə bağlı planlarını mümkün qədər tez bir vaxtda açıqlamalıdır. Bundan başqa, Britaniyada 2040-cı ildən yanacaqla işləyən avtomobillərin satışına qadağa qoyulması qərarı da indidən avtomobil satışlarına mənfi təsir göstərib(azərtac).