XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 14:18

Dubay hakerləri ictimai yerlərdəpulsuz WiFi-dan yararlanırlar

Dubay hakerləri ictimai pulsuz internetdən istifadə edən insanların şəxsi məlumatlarını oğurlamaq üçün WiFi texnologiyasından istifadə edirlər. Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq Dubay polisinin kibercinayətkarlığa qarşı mübarizə departamenti ictimai yerlərdə pulsuz internetdən istifadə edən rezidentlərə xəbərdarlıq edib.

Hakerlər ticarət mərkəzlərində və insanların sıx toplaşdığı digər yerlərdə pulsuz istifadə nöqtələri yaradırlar. Heç nədən şübhələnməyən istifadəçilər şəbəkələrə qoşulur və öz şəxsi məlumatlarını kibercinayətkarların qurğularına göndərirlər. Cinayətkarlar WiFi-ya çox vaxt ilk baxışda təhlükəsiz səslənən “pulsuz ictimai WiFi” deyilən qoşulma nöqtələri yaradır və vətəndaşların fərdi məlumatlarını oğurlayırlar. Daha sonra bu məlumatlardan onlardan pul qoparmaq üçün istifadə edirlər. Hakerlər şəxsi informasiyanın müdafiəsi, məlumatların şifrlənməsi texnikasından, habelə ictimai şəbəkələrə qoşulma zamanı məruz qaldıqları risklərdən çox adamın xəbərdar olmamasından da yararlanırlar.