XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2017 - 14:48

Ukraynada psixi xəstəxanada saxlanılangirovlar azad edilib

Ukraynanın xüsusi xidmət orqanları Lvovun psixi xəstəxanasında saxlanılan girovların azad edilməsi üçün əməliyyat keçiriblər.

Azərtac-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, girovları saxlayan şəxs zərərsizləşdirilib. Əməliyyat zamanı girovluqda olan 10 şəxs və 5 polis müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polisin məlumatına görə, girovları saxlayan xəstəxananın pasiyenti olub.

Otuz yaşlı pasiyent məhkəmənin qərarı ilə atasını 72 bıçaq yarası ilə öldürdüyünə görə 2013-cü və 2017-ci illərdə xəstəxanada müalicəyə yazdırılıb. O, avqustun 4-də axşam saatlarında xəstəxananın giriş qapılarını bağlayaraq 76 pasiyenti girov saxlayıb.