XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 15:12

Türkiyə bir sıra kimyəvi maddələrinidxalını məhdudlaşdırıb

Türkiyə zoman, zarin, tabun və iprit kimi kimyəvi maddələrin idxalını məhdudlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Rəsmi qəzet”i məlumat verib.

Məlumatda qeyd olunur ki, məhdudiyyət təhlükəsizlik məqsədləri ilə tətbiq edilib. Belə ki, məhz bu maddələr partlayıcıların hazırlanmasında istifadə olunur.

Bu maddələrin Türkiyəyə idxal olunması üçün bundan sonra Ticarət və Gömrük Nazirliyindən 90 günlük müddətə verilən lisenziya almaq tələb olunacaq.