XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 15:58

ABŞ Paris sazişindən çıxmaproseduruna başlayıb

Amerika Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti bu barədə rəsmi bəyanatı öz saytında yerləşdirib.

Bəyanatda Birləşmiş Ştatların Amerika biznesi, işçiləri, xalqı və vergiödəyicisi üçün daha sərfəli şərtlər yaradılacağı təqdirdə Sazişə yenidən daxil ola biləcəyi qeyd olunur.

Sazişdən çıxma proseduru 3 il davam edə bilər. Bu müddət ərzində ABŞ BMT-nin təşkil etdiyi beynəlxalq iqlim konfranslarında iştirakını davam etdirmək niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp iqlim üzrə Paris sazişindən çıxacaqlarını iyun ayının ortalarında elan edib.

Xatırladaq ki, Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üçün 2015-ci ildə qəbul olunub.