XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 16:21

Avropanın 10 ölkəsində şiddətliistilər hökm sürür

Avropanın 10 ölkəsində həddən artıq yüksək temperaturla əlaqədar “qırmızı” təhlükə səviyyəsi elan olunub.

Trend-in məlumatına görə, şiddətli istilər Macarıstan, İsveçrə, Bosniya və Herseqovina, İtaliya, Monteneqro, Xorvatiya, Serbiya, Rumıniya, Polşa və Sloveniyada hökm sürür.

Bu ölkələrdə bəzi yerlərdə temperatur 50 dərəcəyədək çatıb.

Bundan başqa, İspaniya, Fransa, Avstriya, Almaniya, Makedoniya, Yunanıstan və Bolqarıstanda 40 dərəcəyədək isti var.