XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 22:15

Roqozin İranın müdafiənaziri ilə görüşüb

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin İranın müdafiə naziri Hüseyn Dehqanla görüşüb.

Bundan əvvəl Roqozinin aparatındakı mənbə xəbər vermişdi ki, nazirlə görüşün gedişində Rusiya silahlarının alınması məsələsi müzakirə olunacaq. Sanksiya siyahısına daxil edildikdən sonra, ölkələr əvvəlcədən hərbi-texniki və texnlooji əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

«İranın müdafiə naziri Hüseyn Dehqanla müzakirə olunması bir çox məsələ var idi» – deyə, şənbə günü Roqozin özünün «Tvitter»ində yazıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Roqozin İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edəcək(azpolitika.info).