XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 10:56

Mervin Kinq:"Britaniya “Brexit” danışıqlarında ehtiyatlı olmalıdır"

İngiltərə Bankının (Bank of England) sabiq baş icraçı direktoru Mervin Kinq Britaniyanın “Brexit” danışıqlarında son dərəcədə ehtiyatlı olmağının, mümkün qədər də kompromisə getməyinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, Britaniya hökuməti Brüsselə göstərməlidir ki, əgər heç bir razılaşma əldə edilməsə belə onun alternativi mövcuddur. Təbii ki, razılaşma əldə edilmədən “Brexit”-in baş tutmağı Birləşmiş Krallıq kimi Avropa İttifaqına da sərf etmir.

“Brexit” danışıqlarının birinci mərhələsinin sona yetməsinə baxmayaraq, heç bir razılaşma əldə edilməyib. Düşünürəm ki, kompromisə getmədən bu mümkün olmayacaq” – deyə M.Kinq qeyd edib(azərtac).