XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 13:21

“Qalatasaray”danArda Turan sürprizi

Türkiyənin “Qalatasaray” futbol klubu Super Liqada yeni mövsümün başlanmasına bir həftə qalmış sürpriz transfer etmək istəyir.

Azərtac CNN Türk-ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” klubun keçmiş üzvü Arda Turanı mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Klub rəhbərliyi bu həftə yarımmüdafiəçinin məxsus olduğu İspaniyanın “Barselona” komandası ilə danışıqlar masasına oturacaq. Otuz yaşlı futbolçunun icarəsi üçün 2,5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, A.Turan illik 4 milyon avro qazanacaq.

Transferin baş tutması tamamilə katalonlardan asılıdır. Bununla yanaşı, türkiyəli ulduzun milli komandaya geri dönmək şansının da olduğu bildirilir.