XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 18:29

Veratti sonqərarını verdi

Marko Veratti ən az bu mövsüm PSJ-dən ayrılmayacaq.

Apasport.az saytının məlumatına görə, “Barselona”ya keçəcəyi deyilən italiyalı yarımmüdafiəçi özü açıqlama verib.
 
“Sky Sport İtalia”ya danışan İtaliya millisinin oyunçusu Neymarın Paris klubuna transferinin qərarına təsir etmədiyini deyib: “Barselona” məsələsi artıq geridə qalıb. Heç kimlə danışıqlar aparmamışam. PSJ-də qalacam. Bu qərara gəlməyimdə Neymarın PSJ-yə transferinin heç bir rolu olmayıb. Daha əvvəl bu barədə qərar vermişdim. Həmin vaxt Neymarın bizim kluba keçəcəyini bilmirdim”.
 
Qeyd edək ki, Veratti 2012-ci ildən Paris təmsilçisinin şərəfini qoruyur.