XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 10:19

Yaponiya və ABŞ əməkdaşlıq edəcəklər- BMT-nin Şimali Koreyaya qarşı sanksiyaları ilə bağlı

Yaponiya yeni xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında Manilada keçirilən görüş zamanı BMT TŞ-nin Şimali Koreyaya qarşı yeni sanksiyalarının yerinə yetirilməsi ilə əlaqədar razılığa gəlinib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüş Filippində, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ACEAN) ölkələrinin regional təhlükəsizlik məsələlərinə həsr olunan forumunun sessiyası çərçivəsində baş tutub.

T.Kono R.Tillersondan əlavə olaraq Avstraliya sahillərində ABŞ dəniz piyadaları korpusuna məxsus MV-22 Osprey konvertoplanının qəzaya uğramasının səbəblərini aydınlaşdırmağı da xahiş edib. Belə konvertoplanlar ABŞ-ın Yaponiyadakı hərbi bazalarında da yerləşdirilib(azərtac).