Afrika dövləti olan Qambiya özünü İslam Respublikası elan edib.
Strateq.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.
“Bu gündən Qambiya – İslam dövlətidir” –deyə Y.Cammenin bəyanatında deyilir. Bununla belə, o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.
1965-ci ilədək İngiltərənin müstəmləkəsi olmuş Qambiyada əhalinin 90%-i müsəlmandır.
49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir. ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb.