XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 11:52

Karla del Ponte BMT-nin Suriyada insan haqları üzrəkomissiyasını tərk edir

BMT-nin Suriyada insan hüquqlarının pozulmasının təhqiqatı üzrə müstəqil beynəlxalq komissiyasının üzvü Karla del Ponte istefa ərizəsini yazıb və yaxın günlərdə onu təqdim etmək niyyətindədir.

Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə o, İsveçrənin “Blick” jurnalına bildirib.

Karla del Ponte öz qərarını komissiyanın işinin nəticəsiz olması ilə əlaqələndirib.

Hüquqşünas heç bir iş görməyən komissiyanın üzvü olmaq istəmədiyini deyib. Həmçinin o, BMT-nin Təhlükəsizlik Şurasının ədalət axtarmadığını qeyd edib.

Karla del Ponte əvvəllər Birləşmiş Millətlər Təşkilatının Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın və Ruanda üzrə Tribunalın prokuroru vəzifəsində çalışıb.