İraq hökuməti öz nəzarətində olan Kərkükdəki quyulardan çıxarılan xam neftin İraq Kürdüstan Regional Rəhbərliyinə (İKRR) ixracını dayandırıb.
Azərtac xəbər verir ki, İraqın neft nazirinin müavini Kərim Həttab Cəfəri açıqlamasında “Şimal Neft Şirkəti”ndən İKRR-yə gedən xam neft ixracının və əlavə istehsalın dayandırıldığını bildirib. O, bu qərarın texniki bir qəzadan, yoxsa başqa bir səbəbdən dolayı olduğuna dair hər hansı bir bəyanat verməyib.
İraq hökuməti 2016-cı ilin martında hər hansı bir əsas göstərmədən təxminən 5 ay ərzində Kərkükdən neft ixracını dayandırmışdı.
Kərkük şəhərində ümumilikdə 5 quyu var. Bu quyulardan “Gurgur”, “Cambur” və “Habbaza” mərkəzi hökumət adından “Şimal Neft Şirkəti”nin, digər ikisi isə İKRR-nin nəzarətindədir. Şəhərdəki quyulardan çıxarılan neft boru kəmərləri ilə Türkiyədəki Ceyhan limanına nəql edilərək dünya bazarına çıxarılır.