XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 10:10

Qəzzafinin girovluqdakı oğlu azad edildi

Livan polisi Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin girov götürülən oğlunu azad edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, polis cinayətkarların Hannibal Qəzzafini Beyrutdan 80 kilometr uzaqlıqdakı Baalbey şəhərində saxladıqlarını müəyyən edib.

Qəzzafini şiə döyüşçülərinin oğurladığı bildirilir. Döyüşçülərin hansı qruplaşmanı təmsil etdiyi hələ ki, açıqlanmır. 40 yaşlı Hannibal Qəzzafi girovluqda 1 sutkadan az vaxt keçirib. 

Qəzzafinin oğlu Omandan sığınacaq alıb və uzun müddətdir orada yaşayır.