XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 14:32

Kitira adasındakı yanğını 3 gündür söndürməkmümkün olmur

Yunanıstanın Kitira adasında 3 gündür ki, güclü yanğın tüğyan edir. Ərazinin 1/3-i yanıb, vəziyyət nəzarətdən çıxıb. Adada fövqəladə vəziyyət elan olunub.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 5-də alovu nəzarət altına almaq mümkün olsa da, bir qədər sonra bir çox yerdə yenidən sürətlə yayılmağa başlayıb. Avqustun 6-da hökumət orqanları Mirtidion monastırını təxliyə etmək məcburiyyətində qalıb.

Mütəxəssislər yanğının ekoloji faciəyə səbəb olacağından ehtiyat edirlər. Belə ki, adada 1,5 min hektar meşə zonası yanaraq kül olub. Kitira adasının meri Evstratios Xarxalakis yanğının qəsdən törədilməsi faktını inkar etməyib.