XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 10:56

Səudiyyədə ilk dəfə – Qadınlar seçkidə (FOTO)

Səudiyyə Ərəbistanında bu gün bələdiyyə seçkiləri keçirilir. Səudiyyə tarixində ilk dəfə olaraq qadınlar da seçkidə iştirak edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qadınlar seçkiyə həm namizəd, həm də seçici kimi qatılıblar.

Qadınların seçkidə iştirakına 2011-ci ildə Səudiyyənin mərhum kralı Abdalla icazə verib. Yeni islahatlar paketini açıqlayarkən kral bildirmişdi ki, səudiyyəli qadınlar düzgün fikirlər ortaya qoya və faydalı tövsiyələr verə bilərlər.

2013-cü ildə o, 30 qadını Məclis əş-Şuranın Məsləhət Assambleyasına da təyin etmişdi.

Lakin Səudiyyə krallığında qadınların avtomobil idarə etməsinə qadağa hələ də davam edir.