"ABŞ-ın işğalına qarşı lazımı addımları atacağıq".
Bu sözləri Şimali Koreya rəsmiləri Filippində keçirilən Manila forumunda deyib.
“Bölgədəki təzyiqin artmasına səbəb ABŞ-dır. Bu günə qədər reallaşan raket sınaqları ABŞ-ın təhdidinə qarşı bir müdafiə sistemidir”, – rəsmilər bildirib.
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi ABŞ-ın düşmən mövqeyinin davam edəcəyi müddətdə nüvə proqramını müzakirə etməyəcəyini açıqlayıb/Axar.az.