Suriyanın ikinci ən böyük şəhəri Hələbdə hərbi bazada böyük partlayış baş verib.
Partlayış zamanı azı 20 əsgərin öldüyü bildirilir.
Partlayış nəticəsində silah anbarına və həmin bölgədə fəaliyyət göstərən təhsil müəssisəsinə böyük ziyan dəyib.
Müxalif Əbu Amara Briqadası partlayışın onlar tərəfindən törədildiyini bildirib/Axar.az.