XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 11:57

Zimbabvenin 91 yaşlı prezidenti – çıxışı zamanı dolaşdı

muqabe.jpg

Zimbabvenin lideri Robert Muqabe son aylar etdiyi çıxışları zamanı ikinci dəfə pis vəziyyətə düşüb.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, insident hakim partiyanın ənənəvi illik konfransında baş verib. Prezident ona lazımi çıxışın olduğu vərəq verilənə qədər təxminən yarım dəqiqə ərzində tamam başqa mətni oxuyub.

Muqabe analoji hadisə ilə iki ay əvvəl parlamentin iclasında da üzləşmişdi.

Xatırladaq ki, 91 yaşlı prezident ölkəyə 1980-ci ildən başçılıq edir. Onun növbəti prezidentlik müddəti 2018-ci ildə başa çatır. Ekspertlərin fikrincə, hakim partiya seçkilərdə Robert Muqabenin namizədliyini yenidən irəli sürəcək.