XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 13:53

İraq Kürdüstanı Avropaya qaz nəql etmək istəyir – Türkiyə vasitəsilə

İraqın şimalındakı kürd muxtariyyətinin hökuməti 2016-cı ilin sonuna qədər Türkiyəyə təbii qaz çatdırılmasını planlaşdırır.

Bu barədə regional Kürdüstan hökumətinin iqtisadi məsələlər üzrə müşaviri Bevar Hansi İraqın “Alsumaria” telekanalına müsahibəsində bildirib.

Bevar Hansinin sözlərinə görə, region Türkiyə vasitəsilə Avropaya hər gün 10 milyard kubmetr qaz ixrac etmək fikrindədir. 2020-ci ilin əvvəlində isə istehsalat həcmini 20 milyard kubmetrədək artırmaq imkanı var.

Hazırda bölgədə kəşf olunmuş qaz yataqlarının həcmi təxminən 45 milyard kubmetr təşkil edir. Lakin region hökumətinin ehtimalına görə, bütün ehtiyatların mümkün həcmi 5,7 trilyon kubmetrə çata bilər.

Müşavir, həmçinin İran ərazisindən keçməklə Asiya qitəsinə də qaz kəmərinin çəkilməsinin planlaşdırıldığını deyib.

Xatırladaq ki, Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraq Kürdüstanının rəhbərliyi muxtariyyətin ərazisindəki neft yataqlarını nəzarətinə götürüb. Böyük Britaniyanın bp şirkətinin məlumatına əsasən, bölgədə neft ehtiyatlarının həcmi 45 milyard barrel təşkil edə bilər. Bu isə İraqın ümumi ehtiyatının üçdə biri deməkdir. 2016-cı ilin iyul ayında region rəhbərliyi ölkənin mərkəzi hakimiyyətindən müstəqil olaraq neft ixracına başladıqlarını elan edib.

Azərtac