XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2017 - 11:22

İranda İŞİD-ə qarşı xüsusi əməliyyat –27 nəfər həbs olunub

İranın İnformasiya və Kəşfiyyat İdarəsi (ETTELAAT) ölkənin dini müqəddəs şəhərlərində və mərkəzində terror törətməyi planlaşdırmaqda və terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 27 nəfəri həbs edib. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə ETTELAAT məlumat yayıb.

İnformasiyaya əsasən, şübhəlilər xüsusi əməliyyat nəticəsində ələ keçiriliblər. Onların 10-u İrandan xaricdə, 17-si isə ölkə daxilində tutulub.