XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 14:31

“Maraqlıdır, prokurorlar hara baxır? –Kılıçdaroğlundan "AKP yeni dövlət qurur" açıqlamasına sərt etiraz

CHP sədri Kamal Kılıçdaroğlu AKP üzvü Ayxan Oğanın Türkiyədə yeni dövlət qurulması fikrinə sərt reaksiya göstərib.

Kamal Kılıçdaroğlu Osmanlının son dönəmlərində olduğu kimi yaşamağa başladıqlarını deyib.

“Siz Türkiyədə cümhuriyyət necə quruldu bilirsiniz? Türkiyə cümhuriyyəti saraylarda diz çökərəkmi quruldu? Türkiyə dövləti qanla, göz yaşı ilə quruldu. Serv anlaşması o qədər ağır oldu ki, İzmiri yunanlara verəcəklərini dedilər. Hərbi gəmi ala bilməzsən dedilər. Bu anlaşmanı tanımayan bir nəfər var o da Mustafa Kamal Atatürk. Susanlar yenə xəyanət edirlər. Maraqlıdır, prokurorlar hara baxır? Bu şəxs cümhuriyyətin dağılmasından danışır, amma səs yoxdu. Osmanlının son dönəmlərini yaşamağa başladıq”, – Kılıçdaroğlu bildirib.

CHP sədri Osmanlının təhsil sistemi iflic olduğu üçün süqut etdiyini və hazırda da Türkiyədə bir çox ailənin təhsil sistemindən narazı olduğunu qeyd edib.

Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Ayxan Ogan Türkiyədə yeni dövlətin qurulduğunu, qurucusunun da Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlamışdı/Axar.az.