XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 16:29

Şahzadənin Çin səfirliyində mərasimə qatılması gərginlik yaratdı –Belçika hökumətində qalmaqal

Belçika şahzadəsinin hökumətdən icazə almadan Çin səfirliyində ordunun ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməsi qalmaqala səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən Kral Albertin oğlu Şahzadə Laurent tədbirdə iştirak etmək üçün ona şəxsi dəvətnamə göndərildiyini və buna görə də səfirliyə getdiyini bildirib.

Baş nazirliyin sözçüsü cəza kimi şahzadə Laurentin 2017-ci il üçün nəzərdə tutulmuş maaşının bir hissəsinin kəsilə biləcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl də Şri Lanka Baş naziri Ranil Vikremesinqhe ilə hökumətdən icazəsiz görüşən şahzadə Laurentə növbəti dəfə hərəkətinin təkrarlanacağı təqdirdə cəzalandırılacağı barədə xəbərdarlıq edilmişdi.

Şahzadənin illik maaşının 308 min avro olduğu bildirilir/Axar.az.