XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2015 - 08:14

Bəşər Əsəd müxalifətlə dialoqdan imtina etdi: “Onlar Qərbin kuklalarıdır”

basaresed-1.jpg

 

Suriya prezidenti Bəşər Əsəd qiyamçı qruplarla danışıqlar aparmaqdan imtina edib.

Strateq.az bildirir ki, müxalifətçi qruplar bu həftə Səudiyyə Ərəbistanında toplaşaraq danışıqlar zamanı Suriyanın gələcəyi barədə ümumi mövqeyin işlənməsi üçün  bir araya gəlmişdilər.

Bəşər Əsəd qiyamçıları terrorçu və Qərbin marionetikaları adlandırıb.

Əl-Riyadda davam edən 2 günlük konfransda Milli koalisiyanın nümayəndələri işitrak edib. Bura Qərbin dəstəklədiyi əsas siyasi alyans və Əsədin loyal yanaşdığı Milli Koordinasiya Komitəsi daxil olub.  

ABŞ bu konfransın yekunlarını sülh danışıqları üçün mühüm addım adlandırıb.