XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 13:57

Online nikah mümkün olacaq- Bu ölkədə

2017-ci ilin sonuna qədər Ukraynada online qaydada nikaha girməyə və  uşaqları qeydiyyatdan keçirməyə imkan verən xidmətlər yaradılacaq.
 
Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman “Facebook”da yazıb.
 
Baş nazir bildirib ki, hazırda fiziki şəxslərin sahibkar kimi qeydiyyatdan keçməsi üçün elektron xidmətlər əhali arasında populyardır. İlin sonuna qədər isə başqa xidmətlər istifadəyə veriləcək: “Elektron xidmətlərin tətbiqi hökumətin prioritetlərindən biridir. Elektron idarəetmə üzrə Dövlət Agentliyi bu istiqamətdə məhsuldar çalışır. İlin sonuna qədər daha bir neçə online-xidmətlər – məsələn, online nikah və uşaq qeydiyyatı tətbiq olunacaq”.
 
V. Qroysman ukraynalılara elektron imzalarını qeydiyyatdan keçirməyi də tövsiyə edib.