Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində son 24 saat ərzində 490 yeraltı təkan qeydə alınıb.
Azərtac CNN Türk-ə istinadla xəbər verir ki, Bodrumda avqustun 8-də saat 11:42-də 5,1 bal gücündə zəlzələ baş verib. Bundan sonra şəhər maqnitudası zəif və ortagüclü olmaqla 490 dəfə silkələnib. Bu gün 13:25-də baş verən son zəlzələ isə 3,8 bal gücündə olub.