XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 18:24

Rusiya ictimai nəqliyyatdasüni intellekt tətbiq edəcək

Rusiyanın baş naziri Dmitri Medvedev müavini Arkadi Dvorkoviçə ictimai nəqliyyatda və yük avtomobillərində süni intellekt sisteminin quraşdırılması məsələsini işləyib hazırlamağı tapşırıb.
 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məqsəd yol hərəkətində təhlükəsizliyi gücləndirməkdir.
 
İctimai nəqliyyatda süni intellektin tətbiqi Milli Texnoloji Təşəbbüsün “AvtoNet” proqramı çərçivəsində reallaşacaq. Bu proqram Rusiyada tam və qismən pilotsuz avtonəqliyyat vasitələrinin inkişafına yönəlib.
 
Hazırda Rusiyada pilotsuz avtonəqliyyat bazarı formalaşmayıb, avtonəqliyyat vasitələrinin qismən avtonomluğunu təmin edən bazar isə formalaşma ərəfəsindədir.