XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 18:45

20 yaşlı azərbaycanlı özünü ağacdan asdı- Rusiyada

Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı özünü ağacdan asaraq intihar edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, azərbaycanlı pul qazanmaq məqsədilə Lipetsk şəhərindəki qohumlarının yanına gedibmiş.

Onun meyiti parkda gəzən yerli sakin tərəfindən aşkarlanıb.

Azərbaycanlı gənc işə düzəlmək üçün sənədlərinin qaydaya salınması ilə məşğul olub. 
İntiharın səbəbləri araşdırılır.