ABŞ-ın 3 ayrı ştatında – Florida, Nyu-Cersi, Nyu-Mexikoda eyni anda bomba həyəcanı yaşanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, terrordan şübhələnən yerli polis əməkdaşları bu ştatların ticarət mərkəzlərində olan minlərlə insanı təxliyyə ediblər.
Reuters-in məlumatına görə, Florida ştatında polis sahibsiz çanta aşkarlayıb və dərhal həyəcan siqnalı verərək, ətrafdakı insanların evakuasiyasına başlayıb.
Nyu-Cersidə isə, ticarət mərkəzinin divarına yazılmış təhdid dolu sözlər polisi hərəkətə keçirib.
Axtarışın nəticələri barədə hələ ki məlumat verilmir.