XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 11:24

Qahirə hava limanında yenilik:rentgen aparatları quraşdırılacaq

Misirin mülki aviasiya rəhbərliyinin qərarı ilə paytaxt Qahirənin beynəlxalq hava limanının əsas giriş qapılarında partlayıcı maddələri aşkarlayan rentgen aparatları quraşdırılacaq. Bu məlumatı ölkənin “Əl-Əhram” qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, skanerlər hava limanının iki əsas giriş qapısında iki ay ərzində quraşdırılacaq və bu qərar Misirin hava limanının təhlükəsizlik sisteminin maksimum dərəcədə təmin edilməsi məqsədilə həyata keçirilir(azərtac).