XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 08:06

Səudiyyə Krallığında 17 qadın seçkidə qələbə qazanıb

seud secki.jpg

Şənbə günü Səudiyyə Ərəbistanında keçirilən qadınların da iştirak etdiyi bələdiyyə seçkilərində 17 qadının qələbə qazandığı deyilir.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, bazar günü açıqlanan seçki nəticələrində Salma bin Hizab əl-Oteibi yeddi kişi və iki qadın namizəd arasından ən çox səs toplayaraq, Məkkədən 150km uzaqda yerləşən Madrakah vilayətindən bələdiyyə şurasına seçilib.

Dövlət internet səhfələrinə və müstəqil xəbər agentliklərinə istinadən yayılan xəbərlərdə seçkilərdə 17 qadının qələbə qazandığı bildirilir.

Seçkilərin rəsmi nəticələri hələlik açıqlanmayıb.

Human Rights Watch İnsan Haqları Təşkilatı bildirir ki, seçkilərdə 6000 namizəddən 900-ü qadın olub.

Təşkilatının məlumatına əsasən, seçki məntəqələrinin uzaq, qadınların avtomobil sürmələrinə qadağanın olması və qadınların çoxunda lazımı vəsiqələrin olmaması seçki prosesinə əngəl törədib.

Səudiyyə rəsmiləri bildirir ki, 130 min qadın seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib.

Bu rəqəm qeydiyyatdan keçmiş kişilərin onda biridir.

Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktoru Sarah Vitson bildirib ki, Səudiyyə Ərəbistanının kişilər və qadınlar arasında siyasi və mədəni ayrı-seçkilik qadın haqlarında islahatların aparılmasını çətinləşdirir.

Krallıqda seçkilər nadir hallarda baş verir. Şənbə günü keçirilən bələdiyyə seçkiləri ölkədə üçüncü dəfədir baş verir.

2015-ci il yanvar ayında vəfat edən Kral Abdullah 2011-ci ildə qanun imzalayaraq qadınların seçkilərdə iştirak etməsinə icazə vermişdi.