XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 07:02

ABŞ ərəb koalisiyasına silah tədarükünü sürətləndirəcək

Картинки по запросу война в йемене

“Ədəndə hər bir küçədə, hər bir tində döyüş gedir”

ABŞ bildirib ki, Yəməndəki husi qiyamçılara qarşı Səudiyyə Ərəbistanının başçılığı ilə vuruşan ərəb koalisiyasına silah tədarükünü sürətləndircək.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, AVŞ dövlət katibinin müavini Entonu Blinken Vaşinqtonun həmçinin koalisiya ölkələrinin kəşfiyyat məlumatları ilə təmin edilməsinin gücləndiyini qeyd edib.

Onun sözlərinə görə, bu addım “husilərə və onların müttəfiqlərinə ciddi siqnaldır ki, onlar Yəməni zorla işğal edə bilməyəcəklər”.

Səudiyyə Ərəbistanı iddia edir ki, husilərə şiə İranı – Ər-Riyadın bölgədəki rəqibi hərbi dəstək verir. Tehran isə bu ittihamı rədd edir.

Humanitar təşkilatlar bildirir ki, Ədəndə dinc sakinlərin durumu kritikdir və çoxları şəhəri tərk edə bilmirlər, xəstəxanalarda kəskin şəkildə dərman çatışmazlığı var.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təmsilçisi Mari Kler Ferqali bildirib ki, “Ədəndə hər bir küçədə, hər bir tində döyüş gedir”.

Məlumata görə, son iki həftə ərzində ölkədə 550 adam həlak olub.

Səudiyyə Ədənin dənizdən atəşə tutulmasını təkzib edib. Səudiyyəlilərin yaratdığı koalisiyaya Bəhreyn, İordaniya, Küveyt, Qətər, Mərakeş və Sudan qoşulub. Mümkün quru əməliyyatlarında isə Misir, İordaniya, Sudan və Pakistan iştirak etməyə hazırdır.