XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2015 - 08:16

Tramp “müsəlmanları ABŞ-a buraxmayın” dedi: Səsvermədə önə çıxdı

trampe.jpg

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp müsəlmanların Amerikaya daxil olmalarına qadağa tətbiq edilməsinə dair planının sərt tənqidlərlə üzləşməsinə baxmayaraq, ictimai rəy sorğuları Trampa dəstəyin artdığını göstərir.

New York TimesCBS-in birgə keçirdiyi sorğu Trampın 35 faizlə üstünlüyü saxladığını, Texas senatoru Ted Kruzun 16, sabiq nevro-cərrah Ben Karsonun isə, 13 faiz dəstəyə sahib olduğunu göstərir.

Donald Tramp Amerika prezident seçkilərinin mərkəzi fiquru olaraq qalır. O, dəyişiklik istəyən və terrorizm təhlükəsizdən narahat mühafizəkar Respublikaçıların dəstəyini cəlb edir.

Tramp müsəlmanların Amerikaya girişinin qadağan olunması ilə bağlı fikirlərindən sonra belə həm milli, həm də açar ştatlardakı rəy sorğularında üstünlüyü qoruyub saxlayır.

Onun planı həm Demokratlar, həm də Respublikaçıların qınağına səbəb olub. Onlardan biri də Senatın Respublikaçı lideri Miç Makkonneldir.

Trampın dəstəyi son həfətlər ərzində bir çox amerikalını qorxu içərisində buraxan Paris və San Bernardinodakı terror hücumlarından sonra artıb.

Terror və milli təhlükəsizliklə bağlı naratlıqlar artıq seçki kampaniyasında böyük yer alır, deyər təhlilçi Uilliam Qalston bildirir.

“Xarici siyasətə gəldikdə, 11 sentyabr hadisələrindən sonra da olduğu kimi əsas prioritet “Cənab və ya xanım prezident, xahiş edirik bizim təhlükəsizliyimizi qoruyun” olub.”

Demokratlar ümid edir ki, Trampın şərhlərinə sərt reaskiyalar gələn noyabr keçiriləcək sentyabrda onların lehinə işləyəcək.

Etibarlılığına dair şübhələrə baxmayaraq, Demokratlar tərəfindən öndə gedən Hillari Klinton orta təbəqəyə yardım vədlərinə görə Berni Sanders üzərində üstünlüyünü artırıb.

Gələn bir neçə ay ərzində diqqət ilkin partiya seçkilərinin üzərində olsa da, tarixçi Allen Lixtmanın fikrincə, 2016-ci il prezident seçkilərində insanları sadəcə bir sual maraqlandıracaq.

“Seçicilər yalnız bir sualın cavabına əsasən, qərar verəcəklər- Demokratlar daha dörd il hakimiyyətədə qalmaq imkanını əldə edəcək qədər  ölkəni yaxşı idarə ediblərmi?”

Buna baxmayaraq, Donald Trampın bu qədər dəstəyə malik olması kimi gözlənilməz gedişatların baş verdiyi bir dönəmdə Respublikaçı Ford O’Konnel kimi ekspertlər nələrin baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir.

“Düzünü desəm, bilmirəm və kim bildiyini deyirsə, o da yalan danışır.”

Gələn həftələrdə namizədlər diqqəti erkən seçkilərin keçiriləcəyi ştatlara cəmləşdirəcəklər.

Bu ştatlardan biri də Ayova ştatıdır ki, burada fevralın 1-də ilk seçkilər keçiriləcək.