Türkiyədə iki referendum keçirilə bilər: yeni Anayasanın qəbulu və prezident idarəçiliyinə keçid məsələsi üzrə.
Strateq.az xəbər verir ki, prezident Ərdoğan bunu Habertürk-ə müsahibəsində bildirib. Ərdoğanın fikrincə, bu iki məsələ bu gün Türkiyə üçün son dərəcə önəmlidir.
Onun sözlərinə görə, Ankara üçün prioritet yeni Anayasanın qəbuludur və parlamentin buna səs verməyi zəruridir:
“Parlament səsvermə yolu ilə yeni Anayasanı qəbul edə bilməsə, onda ümumxalq referendumu keçiriləcək”.