XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 08:56

Güclü külək qatarı körpüdən yerə atdı

ABŞ-ın Texas ştatında güclü külək qatarı dəmiryol xəttinin keçdiyi körpüdən aşağı salıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qatar 6 metr yüksəklikdən aşıb. «Fox News» Texas polisinə istinadən hadisə zamanı heç kimin xəsarət almadığını açıqlayıb.

Oxşar hadisə bu ilin aprelində Luiziana ştatında da baş vermişdi. Həmin vaxt güclü qasırğaya görə qatarın 11 vaqonu körpüdən yerə aşmışdı.