XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 09:31

Rusiya üçün «qara həftə» – Sanksiyalar uzadılır

Avropa Birliyi bu həftə Rusiyaya qarşı sanksiyaların uzadılmasına qərar verəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurumun rəsmisi Federika Moqerini qərarın Avropa Birliyi Şurasının bu həftə ərzində keçiriləcək iclaslarının birində qəbul olunacağını bildirib.

Dekabrın 17-18-də Avropa Birliyində hökumət başçıları və rəsmilərinin iştirakı ilə toplantı keçiriləcək. Rusiyanın məsələsinə həmin toplantıda baxılması gözlənilir.

İspaniya Xarici İşlər naziri Xose Manuel Qarsia-Marqalo Avropa Birliyinin rəsmi Moskvaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadacağını bildirib.